"Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Fanat.Az xəbər verir ki, "Aston Martin"in pilotu Lens Stroll sırala turunun 15-ci döngəsində təhlükəsizlik maneəsinə çırpılıb.
Daha sonra onun təkərində problem aşkarlanıb və qırmızı bayraq qaldırılıb. Nəticədə yarış müvəqqəti dayanmalı olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.
Fanat.Az