Formula-1 komandalarından "Alfa Romeo"nun finlandiyalı pilotu Kimi Raykkonen qısa fasilədən sonra bolidin sükanı arxasına qayıdır.
Fanat.Az xəbər verir ki, koronavirusa yoluxması səbəbindən Niderland və İtaliyada baş tutan Qran- Priləri buraxan 2007-ci ilin dünya çempionu artıq sağaldığını və qarşıdakı Rusiya Qran-Prisində iştirak edəcəyini bildirib.
Qeyd edək ki, mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan 41 yaşlı pilotu əvvəlki iki yarışda polşalı Robert Kubitsa əvəzləyib.
Sahib Əsədbəyli