Formula1 Rusiya Qran-Prisinin qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Soçidə təşkil olunan mövsümün 15-ci yarışını “Mercedes”in pilotu Luis Hamilton birinci tamamlayıb.
Bu, Hamiltonun karyerasında 100-cü qələbəsi olub.
“Red Bull Racing”in üzvü Maks Ferstappen ikinci, “Ferrari” pilotu Karlos Sayns üçüncü yeri tutub.
Hamilton sıralamada da liderliyi ələ alıb. Onun hesabında 246,5 xal var. M.Ferstappen 244,5 xalla ikinci, Valtteri Bottas ("Mercedes") 151 xalla üçüncü pillədə yer alıb.
Konstruktorlar kubokunda "Mercedes" 397,5 xalla liderdir. Hesabında 364,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 234 xalla üçüncü yerdə qərarlaşıb.
Sahib Əsədbəyli