"Red Bull Racing” komandasının üzvü Maks Ferstappen karyerasında ilk dəfə Formula 1 üzrə dünya çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, hollandiyalı pilot Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən mövsümün son Qran-Prisində əsas rəqibi olan yeddiqat dünya çempionu Lüis Hemiltonu (Mercedes") qabaqlayaraq titula sahib çıxıb.
Bu, "Red Bull Racing" komandasının 8 illik aradan sonra qazandığı ilk titul olub. "Mercedes" isə ardıcıl səkkizinci dəfə Konstruktorlar Kubokuna yiyələnib.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi 4 - 6 iyunda keçirilib. "Küləklər şəhəri"ndə “Red Bull”un pilotu Serxio Peres qalib olub.