Formula 1 üzrə dünya çempionu Kimi Raykkonen karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, dekabrın 12-də baş tutan Əbu-Dabi Qran Prisi "Alfa Romeo" komandasının finlandiyalı pilotu üçün sonuncu olub.
Raykkonen “Ferrari” ilə 2007-ci ildə dünya çempionu olub. Onun titulu hazırda adıçəkilən komandanın sonuncu uğurudur.
Kimi həmçinin iki dəfə vitse-çempion olub, üç dəfə çempionatı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Raykkonen F1 tarixində ən çox yarış keçirən pilotdur. O, debütünü 2001-ci ildə edib. Mövsümün sonuncu Qran Prisi 42 yaşlı Kimi üçün 350-ci olub.