Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümünün ən yaxşı mərhələsi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 52 mindən çox azarkeş arasında aparılmış sorğunun nəticəsinə əsasən, İtaliya Qran-Prisi 19 faizlə birinci olub.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki yarış 16 faizlə ikinci, Braziliya Qran-Prisi isə 10 faizlə üçüncü yeri tutub.
Ötən il iyunun 4-6-da baş tutan Azərbaycan Qran-Prisi isə 8 faizlə dördüncü pillədə qərarlaşıb. İlk "5-liy"i Macarıstan Qran-Prisi 7 faiz səslə qapayıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Qran-Prisi iyunun 10-12-də təşkil olunacaq.