Amerikanın “Haas” Formula-1 komandasının pilotu Mik Şumaxer yeni bolidini ilk dəfə harda sınaqdan keçirəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 22 yaşlı pilot maşınını bu il Barselonada mövsümöncəsi keçiriləcək sınaq yürüşlərinə test edəcək.
“Auto Motor und Sport” danışan Şumaxer bildirib: "Mənim üçün yenilik olacaq. Testlərin başlamasını səbirsizliklə gözləyirəm. Hazırda bizim öz simulyatorumuz yoxdur. Amma gələn il dəyişməlidir. Düşünürəm ki, avtomobilin sükanı arxasına oturmağım yalnız Barselonada sınaq üçün olacaq.
Siz 100 yarış keçirə bilərsiniz və 101-cidə avtomobildə daha da təkmilləşdirilə biləcək nəsə meydana çıxa bilər. Hər trek, hər məşq fərqlidir, şərtlər hər zaman dəyişir. Hər dəfə maşını buna uyğunlaşdırmalısınız".
Xatırladaq ki, Mik Şumaxer əfsanəvi sabiq pilot, 7 qat Formula 1 çempionu Mixael Şumaxerin oğludur.
Emin