Formula 1 üzrə dünya çempionatının Rusiya Qran-Prisinə bilet satışı ləğv edilib.
Fanat.Az yarışın rəsmi saytına istinadən xəbər verir ki, bilet satışı bölməsində sentyabrın 25-də Soçidə keçirilməli olan yarışın adı yer almayıb.
Beləliklə, hazırda siyahıda 22 Qran-Prinin adı qeyd olunub.
Qeyd edək ki, Formula 1-in yeni mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. Azərbaycan Qran-Prisi 12 iyunda təşkil olunacaq.