Krakovda keçiriləcək III Avropa Oyunlarının Təşkilat Komitəsi Azərbaycan komandasının da iştirak edəcəyi çimərlik futbolu turnirinin iştirakçılarının siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan millisindən başqa, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna komandaları mübarizə aparacaq.
Qeyd edək ki, Avropa Oyunlarında çimərlik futbolu turniri iyunun 27-dən iyulun 2-dək keçiriləcək.