22:15 07.07.2025 844

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

Cümə axşamı "Sabah" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sele" ilə qarşılaşacaq. Sloveniyalılarla Bakıda üz-üzə gələcək Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda ilk görüşdə sərfəli nəticə əldə etməyə çalışacaq.

"Sabah"ın və Azərbaycan millisinin sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barədə fikirlərini öyrəndik.

Əsədovun Fanat.Az-a açıqlaması belə oldu: 

"Düzdür, rəqibin oyununu görməmişik, o baxımdan nə isə demək bir az çətindir. Amma elə  statistikaya baxdıqda müəyyən qənaətə gəlmək mümkündür. Rəqib keçən il Konfrans Liqasında uğurlu çıxış edib. Bu da artıq onların ciddi və çətin komanda olduğunu deməyə əsas verir. Ona görə məncə, "Sabah" üçün heç də asan olmayacaq. Rəqibin oyunu ilə bağlı daha detallı fikirləri təbii ki, birinci oyundan sonra demək olar. Üstəlik, daha yaxşısını "Sabah" komandasının məşqçilər korpusu deyə bilər. 

"Sabah"a yeni baş məşqçi gəlib. Onun hansı fəlsəfədən istifadə edəcəyini, hansı oyun üslubuna daha çox fikir yetirəcəyini bilmirik. Biz bildiyimiz ''Sabah" keçən il hücumda daha yaxşı idi. Hücum futboluna üstünlük verən komanda idi. Eyni zamanda komanda əks-hücumlarda çətinlik çəkirdi, yəni, geriyə qayıtmaq baxımından sıxıntı yaşayırdı. Yeni baş məşqçi bu balansı düzəldib, ya yox, onu buz görəcəyik. Ehtimal olunur ki, komandada ruh yüksəkliyi var. Təkcə ona görə yox ki, kuboka yiyələniblər, tarix yazıblar. Həm də ona görə ki, yeni baş məşqçi gələndə komandada abu-hava yüksək olur. 

O ki qaldı şanslara, bunu bərabər sayıram. Dediyim kimi, birinci oyundan sonra daha yaxşı proqnoz verə bilərik. İstənilən halda, "Sabah" bu rəqibi keçmək gücündədir. Ümid edək ki, evdə keçirəcəyi ilk oyunda yaxşı nəticə əldə edib səfərə üstün yollanacaq və orada bu üstünlüyünü qoruyub cütün taleyini həll edərlər". 

Qeyd edək ki, iyulun 10-da Masazırdakı "Bank Respublika Arena"da baş tutacaq görüş saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 17-də səfərdə keçirəcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

15 phrase_var_core.july 2026
02:52

"Fənərbağça" dünya ulduzunu heyətinə qatdı - RƏSMİ

02:13

ÇL: II mərhələyə yüksələn 10 komandanın adı müəyyənləşdi

01:42

Fransa - İspaniya matçının ən yaxşısı bəllidir

01:30

Valdas Dambrauskas TNS üzərində qələbədən sonra belə danışdı

00:58

DÇ-2026: İspaniya millisi finalda!

00:27

Röyal Nəcəfov bu komandaya baş məşqçi təyin edilə bilər - SON DURUM

14 phrase_var_core.july 2026
23:47

"Çelsi" Adam Uartonu transfer etmək istəyir

23:24

"Tottenhem" Ferran Torres uğrunda yarışa qoşuldu

23:18

ÇL: "Sabah" növbəti mərhələdə

22:47

"Şamaxı" portuqaliyalı müdafiəçi ilə gücləndi

22:13

"Mançester Siti" Buaddi üçün hərəkətə keçdi

21:55

"Latsio" Xames Rodrigesi yaxından izləyir

21:17

"Qəbələ" "Kəpəz"i məğlub etdi

20:49

Lisandro Martines "Atletiko Madrid"in hədəfində

20:21

Luka Vuşkoviç "Brayton"da - RƏSMİ

19:49

Karl Darlov rəsmən "Mançester Yunayted"də

19:16

Ümit Özatdan "Fənərbağça"ya Reşford məsləhəti

18:45

"Beşiktaş" ulduz futbolçunun keçidini rəsmən açıqladı

18:02

Portuqaliyalı yarımmüdafiəçi Misli Premyer Liqasında

17:51

AFFA rəsmiləri qadın liqalarında iştirak edəcək komandaların nümayəndələri ilə görüşlər keçirib

17:41

Ulduz oyunçu yenidən PSJ-yə qayıdır

17:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:27

"Araz-Naxçıvan" Mara Mohamedi heyətinə cəlb edib - RƏSMİ

17:23

Qapıçı Rəşad Əzizli yenidən Premyer Liqada

17:05

Araz Abdullayev 2-ci Liqa klubundan təklif aldı - Cavabı nə olacaq?

16:47

"Şamaxı"nın verdiyi maaşla razılaşmayan Vadim bu kluba keçdi

16:28

"Səbail"dən ayrılan Kamran özünə yeni klub tapdı

16:10

"Şamaxı"nın sabiq kapitanı digər Premyer Liqa klubu ilə müqavilə bağlayır

15:49

Yann Sommer yeni klubu ilə razılığa gəlib

15:30

TNS - "Sabah" oyunu yayımlanacaq? - Dəqiqləşdi

15:12

Bakı klubunun büdcəsi 2 dəfədən çox azaldıldı

14:48

Yusif Nəbiyevin yeni klubu bilindi

14:30

Həyat yoldaşını döyən Nihat Kahveçi saxlanıldı

14:10

"Sabah" növbəti mərhələnin bir addımlığında - TNS bunu cəmi 1 dəfə bacarıb

13:02

PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib

12:45

Fransa - İspaniya duelində kim daha şanslıdır? - STATİSTİKA

12:28

Azərbaycan güləşçiləri ilin son reytinq turnirində mübarizə aparacaqlar

12:10

"Fənərbağça" "Olimpik Marsel"in ulduzunu transfer etdi - SON DURUM

11:48

Bayıl stadionunda yenidənqurma işləri davam edir - Uşaq futbolu üçün bazaya çevriləcək arenadan FOTOLAR

11:30

ÇL: Bu gün 2-ci mərhələyə adlayacaq 10 komanda müəyyənləşir

phrase_var_core.fb
X