
İngilis jurnalist Nik Miller, “The Guardian” üçün yazdığı məqaləsində "Qalatasaray"ın rekord transferi Viktor Osimhen barədə maraqlı fikirlər bildirib.
Fanat.Az xəbər verir ki, jurnalist məqaləsində Osimhenin transferinin möcüzə olduğunu yazıb:
“Bir türk klubunun 75 milyon avroya futbolçu alması həqiqətən bir möcüzə idi. Amma Osimhenin oyununa baxdıqda bu sərmayənin nə qədər ağıllı olduğunu görmək mümkündür.”
Nik Miller Osimhenin "Liverpul" qarşısında sərgilədiyi performansa da toxunub:
“O, penaltidən vurduğu qolla qələbəni təmin etdi, lakin əsl təsiri 72 dəqiqə ərzində meydanda göstərdiyi enerji idi. "Liverpul" müdafiəsini çətin vəziyyətə saldı, boş zonalar tapdı və rəqib üçün kabusa çevrildi.”
Nik sonda İngiltərə klublarına maraqlı sual ünvanlayıb:
“Osimhen İngiltərə komandalarına qarşı bu qədər effektivdirsə, niyə heç bir Premyer Liqa klubu onu transfer etmədi?”
Jurnalistin bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Kamil Xudiyev