
Ötən ay Meksika Liqası təmsilçisi "Monterrey" ilə müqavilə imzalayan fransalı hücumçu Antoni Marsiyal artıq azarkeşlərin və mətbuatın tənqid hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, uzun illər "Mançester Yunayted" macərasından sonra, 2024-cü ildə AEK (Yunanıstan) ilə müqavilə bağlayan Marsiyal tez-tez yaşadığı zədələr üzündən cəmi 24 oyunda forma geyinə bilmişdi.
Lakin müqavilə imzaladıqdan cəmi bir il sonra o, AEK-dən ayrılaraq "Monterrey" ilə anlaşdı.
Afina təmsilçisinin forması ilə son qolunu fevral ayında vuran Antoni "Monterrey"də ilk 5 oyunda da qol və ya assistlə yadda qalmayıb.
Sözügedən klubun azarkeşləri artıq Marsiyalın uyğunlaşa bilməməsindən narahatdırlar və sosial mediada onun performansı əsas müzakirə mövzularındandır.
Kamil Xudiyev