
"Nottingem Forest" "Barselona"nın gənc yarımmüdafiəçisi Mark Kasadonu transfer etmək yarışında önə keçib.
Fanat.Az "SPORT" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun İngiltərə Premyer Liqasına keçidi an məsələsidir.
Kataloniya təmsilçisi gənc istedadın transfer qiymətini 34 milyon funt-sterlinq civarında dəyərləndirir.
İspaniyalı yarımmüdafiəçi ilə "Nottingem Forest"dən əlavə "Aston Villa", "Brayton", "Nyukasl" və "Sanderlend" klubları da yaxından maraqlanır.