
"Mançester Siti" və "Çelsi"nin keçmiş hücumçusu Rahim Sterlinq həbs olunub.
Fanat.Az "The Sun"-a istinadən xəbər verir ki, o, İngiltərənin Farnboro şəhəri yaxınlığındakı yol qovşağının yaxınlığında saxlanılıb.
Dördqat İngiltərə çempionu təhlükəli sürücülük, azot oksidi saxlama və narkotik testindən keçməkdən imtina maddələrində ittiham olunur.
31 yaşlı futbolçunun günahı sübuta yetirilərsə, o, iki il həbs cəzası ilə üzləşə bilər. Sterlinq sentyabrın 15-də Basingstoke məhkəməsində çıxış edəcək.
Rahim Sterlinqin son klubu "Feyenoord" olub.
Mirağa