
Bu il mayın 27-də 80 illiyini qeyd etdiyimiz Sergey Kramarenko 1946-cı ildə anadan olub.
Fanat.Az xəbər verir ki, 1964-cü ildə – 18 yaşında “Neftçi”də debüt edən qapıçı elə həmin il Anatoli Banişevski ilə birlikdə SSRİ çempionatının ən yaxşı debütantı seçilib. Bundan 2 il sonra – 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. Azərbaycan futbolunun parlaq üzvlərindən olan Kramarenko “Neftçi”də keçirdiyi 20 ilə yaxın müddət ərzində 412 rəsmi oyuna çıxıb ki, bu göstərici ilə klubun rekordçusudur.
1992-1993-cü illərdə “Neftçi”nin məşqçisi, sonra isə baş məşqçisi olan Kramarenko ilk çempionluğun və ilk Azərbaycan Superkubokunun memarlarından biridir. Əfsanəvi qolkiper 2008-ci il martın 25-də vəfat edib.
“Neftçi” PFK-nın Media departamenti mərhum Sergey Kramarenko haqda sənədli film hazırlayıb. Filmdə unudulmaz “1 nömrə”nin oğlu Dmitri Kramarenko, veteran futbolçular – Kazbek Tuayev, Asif Əliyev, Rüstəm Rəhimov, “Neftçi” azarkeşi Akif Əliyev və tanınmış jurnalist Vasif Ağamirov onunla bağlı xatirələrini bölüşüblər.
Sergey Kramarenkonun uşaqlıq illərindən vəfatına qədər demək olar ki, bütün ömrünü və karyerasını əhatə edən sənədli filmi aşağıdakı keçiddən izləyə bilərsiniz: