
Fransanın nəhənglərindən Paris Sen-Jermen (PSJ) “Barselona”nın gənc ulduzu Lamin Yamal üçün iddiasını davam etdirir.
Fanat.Az xəbər verir ki, 18 yaşlı vinger Paris klubunun əsas transfer hədəfidir.
Bu barədə məlumatı tanınmış jurnalist Romain Molina yayıb.
Gənc futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulsa da, Fransa nəhənginin idarəçiləri onu gələcəkdə heyətə qatacaqlarına inanırlar.
Kamil Xudiyev