
“Fənərbağça” qış transfer dönəmi üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Fanat.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu “Barselona”nın danimarkalı müdafiəçisi Andreas Kristenseni transfer etmək istəyir.
Xəbərdə qeyd olunur ki, "sarı-göylər"in rəhbərliyi təcrübəli stoperin transferini prioritet hədəf kimi görür və onunla danışıqlara başlamağa hazırlaşır.
Digər tərəfdən, İtaliya mətbuatının məlumatına görə, “Yuventus” uzunmüddətli zədədən əziyyət çəkən Bremerin yerinə Milan Şkrinyarı transfer etmək niyyətindədir.
Əgər bu iki transfer reallaşsa, “Fənərbağça” Kristensenlə müdafiəsini möhkəmləndirəcək, “Yuventus” isə Şkrinyarla Bremerin yerini dolduracaq.
Kamil Xudiyev