
Bu gün II Liqada VII tur start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə 3 matç baş tutacaq.
Açılış gününün görüşlərindən ikisi eyni vaxtda, biri yarım saat gec başlayacaq.
Şərikli liderlərdən olan "Şirvan" ən yaxın izləyicisi "Quba"nın qonağı olacaq. İddialılardan "Şəki Siti" "Göygöl"ü sınağa çəkəcək. "Dinamo" isə Bakıda aşkar autsayder "Araz Saatlı" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, turun daha 3 oyunu sabah keçiriləcək.
Azərbaycan II Liqası
VII tur
3 noyabr
14:00. “Quba” – “Şirvan”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Sadiq Əliyev, Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Quba. Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Şəki Siti” – “Göygöl”
Hakimlər: Rəsul Babayev, Ağadur Mahmudov, Hüseyn Vəliyev, Nazim Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
“Rekord Arena”.
14:30. “Dinamo” – “Araz Saatlı”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu.
