
Niderland Erediviziyasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” "Breda"nı qəbul edib.
Kökçünün komandası ev oyununda 2:1 hesabı ilə qalib gəlib.
Oyuna əvəzetmədən qoşulan millimizin üzvü meydana 69-cu dəqiqədə - hesab 1:1 olarkən çıxıb.
Bu nəticədən sonra “Volendam” 14 xalla 13-cü pillədə qərarlaşıb.