
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi ailəsi ilə birlikdə Barselonaya qayıtmaq istəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sport.es" superuılduzun fikirlərini belə çatdılrıb:
"Biz Barselona üçün çox darıxırıq. Uşaqlarım və həyat yoldaşımla Barselonada baş verənlər barədə daim danışırıq. Biz geri qayıtmaq istəyirik. Bizim orada evimiz var, hər şeyimiz var".
Messi 2003-2021-ci illərdə "Barselona"da çıxış edib. Bu müddət ərzində o, Kataloniya klubunda 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib. O, 10 dəfə İspaniya La Liqasının, 7 Kral Kubokunun və 4 Çempionlar Liqasının qalibi olub.
Mirağa