10:50 13.11.2025 577

"Yorulurlar, səhvlərini təhlil etməyə vaxtları olmur" - Rüstəm Rəhimov hakimliklə bağlı təklif səsləndirdi

"Hakimlərimizin Azərbaycan çempionatındakı idarəçiliyində problemlər var, bunu etiraf etmək lazımdır"

Bunu Fanat.Az-a açıqlamasında veynəlxalq dərəcəli veteran hakim, Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov deyib.

O, hakimlərin sayının az olduğunu vurğulayıb və problemdən çıxış yolu üçün təklif irəli sürüb:

"Düzdür, Əliyar Ağayev də, Elçin Məsiyev də beynəlxalq turnirlərdə səviyyəli oyunlara təyinat alırlar. Bu, hamımızı sevindirir. Amma yerli çempionatda çatışmazlıqları gözardı etmək olmaz. Görünür, səviyyə fərqi idarəçiliyə də təsir göstərir. Mötəbər turnirlərdəki oyunlar başqa cürdü. Matçlar dolu tribunalar önündə oynanılır, qarşılaşmaların səviyyəsi, oyunçuların mədəniyyəti yüksək olur. Bir sözlə, hakim peşəkar münasibət fonunda sırf idarəçiliyə köklənir. Bizdə isə onlar komandalarla tez-tez rastlaşırlar. Yolları tez-tez kəsişdiyi üçün həm məşqçilərdə, həm də futbolçularda fikir formalaşır ki: "Bu yenə gəldi". Əslində xırda nüans kimi görünür, amma ciddi problemdir. Ədalət təmsilçilərinin komandaların oyununa tez-tez getməsi hakim qıtlığından qaynaqlanır. Axı bizdə niyə hakim çatışmır? Komanda sayı artsa belə, bu, bəhanə olmamalıdır. Mənə çatmır, axı niyə "difisit" olmalıdır? AFFA hər cür şərait yaradıb. Bizim vaxtımızda belə şərait yox idi, amma yetərincə hakim var idi. Oyuna tez-tez getdikləri üçün yorulurlar, səhvlərini təhlil etməyə vaxt olmur. Məsələn, Əliyar bir həftə ərzində Şamaxıda VAR-da idi, oradan qayıdıb ÇL idarə etməyə getdi, gəlib Premyer Liqaya təyinat aldı. Adam dincəlməlidir axı. Sözlərim tək Əliyara aid deyil, digərlərində də belədir. Hakimlərə müəllim ayrılıb, fiziki hazırlıq və nəzəriyyə üzrə məşğul olurlar. Ancaq sayı artırmaq üçün başqa yollara da baş vurmaq, variantlar fikirləşmək lazımdır. Məsələn, karyerasını yeni başa vuran futbolçuları hakimliyə cəlb etmək lazımdır. Necə ki, biz o vaxt Rafiq Quliyev, Yevgeni Gerasimenko kimi bir çox veteran futbolçuları hakimliyə gətirdik. Sadəcə, işləmək lazımdır".     

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2026
19:57

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:12

Futbolçular TFF prezidentinin villalarını rədd etdi

18:55

Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

18:12

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

17:45

DÇ-2026-da dubl edən forvard Fransa klubunda qalmaq istəmir

17:26

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:04

Doku Belçika millisindən təcili ayrılıb Londona uçdu - SƏBƏB

16:45

"Zirə" yeni transfer reallaşdırdı - RƏSMİ

16:26

"Bu, Messidir və o..." - Ralf Ranqnikdən yenilgi şərhi

16:08

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

15:50

Riyad Mahrez DÇ-lərin tarixinə düşdü

15:27

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

15:13

"Səbail"in məşqçisi Premyer Liqa klubu ilə anlaşdı

14:55

"Araz-Naxçıvan" "Real"ın yetirməsini transfer etdi - RƏSMİ

14:40

Seneqalla oyunda dubla imza atdı, matçın ən yaxşı futbolçusu seçildi

14:21

"Turan Tovuz" milli üzvü ilə vidalaşdı - RƏSMİ

14:03

"Təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu" - Camal Sellami

13:44

"Qarabağ"dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro

13:24

Qrasias, Messi

13:06

İordaniya - Əlcəzair duelinin ən yaxşı futbolçusu bəlli oldu

12:48

"Oyunçularımız hələ heç nəyin bitmədiyinin fərqindədirlər" - Seneqal yığmasının çalışdırıcısı

12:30

Kloze Messinin onun rekordunu qırmasına necə reaksiya verdi? - Açıqlama

12:06

"6-7 oyunçumuzun ayağında qıcolma yaranmışdı" - Norveç millisinin baş məşqçisi

11:27

"Top Messidə olanda, bütün komanda işə düşür" - Skaloni

11:08

Mbappe yenə dubl etdi, mukafat aldı

10:50

Zidanın oğlu psixoloqa üz tutdu

10:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:09

DÇ-2026: Portuqaliya Özbəkistanı sınağa çəkir, İngiltərə Qana ilə üz-üzə

09:48

Deşam bu oyunu Fransa üçün həlledici adlandırdı

09:25

Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

09:00

DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

03:11

İlham Yadullayevlə bağlı yekun qərar bilindi

01:32

Arda Mourinyunun gözünə girmək üçün nə edəcək?

00:42

İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

22 İyun 2026
23:49

Messidən unudulmaz vida matçı

23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

22:16

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

21:42

Messi Klozeni geridə qoyub rekordçu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X