
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün A, G və L qruplarında ümumilikdə 6 qarşılaşma baş tutacaq.
Polşa evdə Niderlandı sınağa çəkəcək. Xorvatiya Farer adalarını qəbul edəcək, Almaniya səfərdə Lüksemburqla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda İslandiya ilə görüıüb və 0:2 hesabı ilə uduzub. Ayxan Abbasovun baş məşqçisi olduğu komandamız tsikldə son oyunu 16 noyabrda Fransaya qarşı keçirəcək.
DÇ-2026
Seçmə mərhələ
14 noyabr
A qrupu
23:45. Lüksemburq – Almaniya
23:45. Slovakiya – Şimali İrlandiya
Xal durumu: Almaniya 9, Slovakiya - 9, Şimali İrlandiya - 6, Lüksemburq - 0.
G qrupu
21:00. Finlandiya – Malta
23:45. Polşa – Niderland
Xal durumu: Niderland - 16, Polıa - 13, Finlandiya - 10, Litva - 3, Malta - 2.
L qrupu
23:45. Xorvatiya – Farer adaları
23:45. Cəbəllütariq – Monteneqro
Xal durumu: Xorvatiya - 16, Çexiya 13, Farer adaları - 12, Monteneqro - 6, Cəbəllüttariq - 0.