
Ardıcıl iki turda xal itirərək liderlərdən aralı düşən "Şirvan" 9-cu turda "Şəki Siti"ylə görüşdə "qara zolaq"dan çıxmağa köklənib.
Bunu Fanat.Az-a açıqlamasında bölgə təmsilçisinin baş məşqçisi Pərviz Bayramov deyib.
34 yaşlı çalışdırıcısı heyətdə bir itki olduğunu deyib:
"Əlbəttə, iki turdur qalib gələ bilmirik və bu, müəyyən ruh düşgünlüyü yaradıb. Amma komandanı toparlamağa çalışırıq. Ayrı-ayrılıqda hər bir futbolçu ilə psixoloji söhbət aparırıq. Heyətdə yalnız bir itki var. "Quba" ilə oyunda qırmızı vərəqə aldığı üçün 4 turluq cəzalandırılan Qərib İbrahimov ötən matçda olduğu kimi, yenə komandaya kömək edə bilməyəcək. Digərləri oyuna hazıdır. Bizi "Şəki Siti" ilə çətin gözləyir. Rəqib meydanında oynamağımıza baxmayaraq, sərfəli nəticə əldə etməyə və liderlər mövqeyinə dönməyə çalışacağıq".
Qeyd edək ki, "Şəki Siti" - "Şirvan" matçı 17 noyabrda Bakıda "Rekord Arena"da baş tutacaq və 14:00-da başlayacaq. Hər iki komanda 8 turda 16 xal toplayıb və 4-5-ci yerləri bölüşürlər.
Mirağa