
İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının ən gənc komandalarından biri olan "Çelsi" gələcəyə sərmayə qoymağa davam edir.
Fanat.Az xəbər verir ki, London klubu daha bir vunderkindin keçidini reallaşdırıb.
İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
İngiltərə nəhəngi 16 yaşlı ekvadorlu Deynner Ordonyesin transferini başa çatdırdığını təsdiqləyib. "İndependiente"nin gənc müdafiəçisi 2028-ci ilin yanvarında - 18 yaşı tamam olduqdan sonra London klubuna qoşulacaq.