
"Çelsi"nin sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın "San Paulo" klubunda çıxış edən Oskar xəstəxanaya düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə klub sosial media hesabı üzərindən məlumat yayıb.
Tibbi müayinə zamanı futbolçunun ürəyində problem aşkarlanıb. 33 yaşlı oyunçunun hərtərəfli müayinəsi nəticəsində onun vazovagal bayılmadan əziyyət çəkdiyi təsdiqlənib.
Bundan sonra o, xəstəxanadan evə buraxılıb. Xəstənin vəziyyətinin stabil olduğu və xəstəxanada qaldığı müddətdə özünü yaxşı hiss etdiyi bildirilib. Oskar həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü 2017-ci ilin yanvarında 60 milyon avro qarşılığında "Çelsi"dən "Şanxay Port"a, oradan isə ötən qışda "San Paulo"ya transfer olunub. Oskarın hazırki klubu ilə 2027-ci ilin yayına kimi müddətə müqaviləsi var.