
"Betis"in vingeri Antoni yay transfer pəncərəsində Almaniyanın "Bayern Münhen" klubuna keçməyə yaxın olub.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu tanınmış insayder Fabritsio Romanoya açıqlamasında deyib.
Antoni Münhen klubunun baş məşqçisi Vinsent Kompaninin onunla şəxsən maraqlandığını deyib:
“Bayern" yay pəncərəsinin son 24 saatında məni almağa çalışdı. Kompani şəxsən mənə zəng etdi. Danışdıq, dedi ki, həmişə mənim oyunumun böyük fanatı olub... Amma mən "Betis"ə söz vermişdim və onlara xəyanət edə bilməzdim”.
"Mançester Yunayted" 2022-ci ilin yayında "Ayaks"dan 95 milyon avroya aldığı Antonini yayda 22 milyona "Betis"ə satıb. O, La Liqa klubuna tam transfer olunduqdan sonra 11 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.