
"Çelsi" orta sahəni gücləndirmək üçün "Kristal Pelas"ın yüksələn ulduzu Adam Vartonu əsas transfer hədəfi kimi müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilə qədər davam edir.
London təmsilçisi gənc futbolçunun inkişaf potensialını yüksək qiymətləndirir və mövsümün gedişində rəsmi təklif göndərməyə hazırlaşır.
Vartonu həmçinin "Liverpul" və "Arsenal" da yaxından izləyir.
Kamil Xudiyev