
"Səbail"in əsas komandanın meneceri vəzifəsində çalışmış Nicat Zülfili paytaxtın digər klubunda işə başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, o, "Sabah"a keçib.
Ancaq Zülfili "bayquşlar"da fərqli vəzifəni icra edir. O, təhlükəsizlik xidmətinin rəhbəri postuna təyin olunub.
Qeyd edək ki, Nicat Zülfili təxminən beş il "Səbail"də çalışıb.
Mirağa