
“Fənərbağça”nın futbol şöbəsinin rəhbəri Ertan Torunoğulları Super Liqa ilə bağlı iddialı açıqlama verib.
Fanat.Az xəbər verir ki, klub rəsmisi bu mövsüm çempionluğa ən real namizədin elə özləri olduğunu bildirib.
Torunoğulları həmçinin Türkiyə Super Liqasının gələcəyinə dair fikirlərini bölüşərək liqanın heç vaxt Bundesliqa kimi təkhakimiyyətə sahib olmayacağını vurğulayıb. Onun sözlərinə görə, “Bayern Münhen”in illərdir davam edən hegemonluğu Türkiyə futbolunda heç bir zaman yaşanmayacaq.
“Bu mövsüm Super Liqada çempion olacaq komanda bizik. Bizim liqamızda Bundesliqadakı kimi “Bayern Münhen”in hegemonluğu olmayacaq. Burada rəqabət var və güclənməyə davam edir.”
Kamil Xudiyev