
Azərbaycan I Liqasında 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, birinci dövrəyə 3 oyunla yekun vurulub.
MOİK səfərdə "Difai" üzərində əzmkar qələbə qazanıb. Beləliklə, "hərbçilər" turnir cədvəlində məhz Ağsu təmsilçisini geridə qoyaraq 8-ci yerə qalxıb.
Lider "Şəfa" "Şahdağ Qusar" üzərində əzmkar qələbə qazanıb və liderliyini möhkəmləndirib. Elgiz Kərəmlinin baş məşqçisi olduğu bakılıların ən yaxın izləyicisi ilə xal fərqini artırmasına "Səbail"in "Cəbrayıl" ilə matçda büdrəməsi şərait yaradıb. "Dənizçilər" "Cəbrayıl"a uduzub.
Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. “Mingəçevir” evdə “Baku Sportinq”ə uduzub (1:2), “Zaqatala” səfərdə “Şimal”ı darmadağın edib (4:0).
Azərbaycan I Liqası
IX tur
27 noyabr
“Difai” – MOİK 1:2
Qollar: K.Qardaşlı, 10 - S.Fərəcov, 24; 57.
“Şahdağ Qusar” – “Şəfa” 0:2
Qollar: P.Azadov, 43. E.Cəfərov, 70.
“Səbail” – “Cəbrayıl” 0:2
Qollar: A.Eli, 49. D.Açimi, 82.
