
"Real Madrid"in və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos ölkəsinin "Cəngavər Xaçı" ordeni ilə təltif edilib.
Fanat.Az xəbər verir ki, mükafat mərasimi "Santyaqo Bernabeu"da baş tutub.
Bu barədə İspaniya nəhənginin mətbuat xidməti məlumat yayııb. Mükafatı Kroosa Almaniya prezidenti Frank-Valter Ştaynmayer şəxsən təqdim edib. Mərasimdə "Real Madrid"in prezidenti Florentino Peres, həmçinin baş məşqçi Xabi Alonso, oyunçular Federiko Valverde və Antonio Rüdiger, qadınlardan ibarət komandanın oyunçuları Merle Froms və Sarah Dabritz iştirak edib.
Toni Kroos 2014-2024-cü illərdə "Real Madrid"də çıxış edib.