
"Kəpəz" yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisi Rəhman Hacıyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.