
Azərbaycan I Liqasında XIII tur davam edir.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.
Günün yeganə matçında veteran futbolçu Rahid Əmirquliyevin rəhbəri olduğu "Şahdağ Qusar" "Difai"ni sınağa çəkəcək. Autsayderlər mövqeyində qərarlaşan komandaların dueli birinin digəri üzərində üstünlüyünü təmin etmək baxımından prinsipiallıq daşıyır.
Dünən keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Cəbrayıl” – MOİK 2:2, “Şəfa” – “Baku Sportinq” 1:1, “Zaqatala” – “Səbail” 0:1.
Tura sabah baş tutacaq "Şimal" - "Mingəçevir" oyunu ilə yekun vurulacaq.
Azərbaycan I Liqası
XIII tur
6 fevral
14:30. “Şahdağ Qusar” – “Difai”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
