
Misli Premyer Liqasının 20-ci turu çərçivəsinsə "İmişli"nin qonağı olan "Qarabağ"ın qapısını Fabian Buntiç qoruyur. Polşalı bu dəfə rotasiyaya görə deyil, fərqli səbəbdən heyətdən kənar qalıb.
Klubun mətbuat sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Koxalski ayağında ağrılar hiss edir.
Bu üzdən həkimlər ona istirahət verilməli olduğunu lazım biliblər. Belədə, baş məşqçi Qurban Qurbanov Qubadakı matçda qolkiperin xidmətinə ehtiyac duymayaraq adının protokola salınmamasına qərar verib.
"İmişli" - "Qarabağ" oyununda ağdamııların ikinci qapıçısı Amin Ramazanovdur.
Mirağa