
Misli Premyer Liqasının (MPL) 25-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək "Sabah"ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Komanda meydana optimala yaxın heyətlə çıxacaq. Cəzalı futbolçu yoxdur. Pavol Şafranko zədə səbəbindən oynamayacaq".
"Bank Respublika Arena"da bu gün baş tutacaq "Sabah" - "Sumqayıt" qarşılaşmasının start fiti 19:15-də səslənəcək. Hazırda 59 xalı olan Masazır təmsilçisi 1-ci, 32 xala malik "Sumqayıt" isə 7-ci sırada mövqe tutub.
Mirağa