
Danimarka kubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda "Midtyullann" "Kopenhagen"i 1:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.
Qələbə qolunu 81-ci dəqiqədə Li Han-Bom vurub.
Bu, Herning klubunun 2018/19 və 2021/22 mövsümlərindəki uğurlarından sonra tarixində üçüncü kubok idi. "Midtyullann" həmçinin turnirin finalında dörd dəfə məğlub olub.