
"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann "Jirona" ilə oyundan sonra azarkeşlərlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, fransalı hücumçu bunu Madriddə son ev oyununda edib.
35 yaşlı futbolçu La Liqanın 37-ci turunda komandasının 1:0 hesablı qələbə qazandığı oyundan sonra Qrizmann "Metropolitano" stadionunda azarkeşlər qarşısındakı vida nitqində 2019-cu ildə "Barselona"ya transferini xatırlayıb.
"Atletiko"nun mətbuat xidməti onun çıxışını belə çatdırıb:
"Bunun üçün bir daha üzr istəyirəm. O vaxtlar hisslərimi, bu bağlılığı başa düşmürdüm. Çox gənc idim. Ayrılmaq səhv idi, amma geri qayıtdım və hər şeyi düzəltməyə çalışdım".
Xatırladaq ki, Qrizmann 2021-ci ildə "Barselona"dan iki illik icarə əsasında "Atletiko Madrid"ə qayıtmış və bundan sonra Madrid klubu onun transfer hüquqlarını tam şəkildə əldə etmişdi.
Hücumçunun mövsümün sonunda MLS klubu "Orlando Siti"yə keçəcəyi gözlənilir.