
İspaniyalı hücumçu Xose Luis Morales "Levante"dən ayrılacaq.
Fanat.Az xəbər verir ki, bunu La Liqa klubunun mətbuat xidməti açıqlayıb.
38 yaşlı futbolçunun müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir. Tərəflər əməkdaşlığı davam etdirməmək qərarına gəliblər.
Klubun açıqlamasında qeyd olunub ki, yaxın gələcəkdə "Levante" tarixinin ən görkəmli oyunçularından biri ilə vidalaşmaq üçün xüsusi tədbirlər hazırlayacaq.
Morales klubdan "qurbağalar"ın əsl əfsanəsi kimi ayrılır. İspaniyalı futbolçu 2011-ci ildən bəri "Levante"də oynayır. O, bu müddət ərzində komandada 377matç keçirib və oyunların sayına görə klubda bütün zamanların rekordçusu olub.
Bundan başqa, Morales bu görüşlərdə 83 qol və 49 məhsuldar ötürmə ilə yadda qalıb ki, o, "Levante"nin bütün zamanların ən yaxşı bombardiridir.