
Hüquqları "Barselona"ya məxsus olan və son mövsümü "Monako"da icarə əsasında keçirən Ansu Fatinin taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Fransa klubu vingerin transfer hüquqlarını əldə etməyə yaxındır.
Məlumatı "Nice-Matin" yayıb. Xəbərə görə, tərəflər müqavilənin maddi şərtləri barədə razılığa gəliblər. Əvvəllər oyunçunun transfer qiymətinin 11 milyon avro olduğu bildirilirdi, lakin Ansinin maaşı razılaşmaya mane olurdu. Fati ötən mövsüm ayda 500 min avro qazanırdı ki, bunun da 50 faizini katalonlar ödəyirdi. Moneqasklılar bu maaşı təkbaşına ödəyə bilmirdilər.
Ansu Fati ötən yay bir illik müddətə "Monako"ya icarəyə verilib. O, başa çatan mövsümdə 30 oyunda iştirak edib və 12 qol vurub.
Mirağa