
“Sabah”ın sabiq çalışdırıcısı Vasili Berezutski baş məşqçisi olduğu "Ural" komandasından ayrılıb.
Fanat.Az məlumatı Rusiya klubunun mətbuat xidməti yayıb.
Tərəflər onun müddəti bitən müqaviləsini yeniləməmək qərarına gəliblər.
Yekaterinburq təmsilçisi 2025/26 mövsümündən sonra Premyer Liqaya vəsiqə qazana bilməyib. Komanda pley-offda Mahaçqala "Dinamo"suna uduzub (0:1, 0:2).
Vasili Berezutski "Ural"a 2025-ci ilin dekabr ayında baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda 15 rəsmi oyun keçirib, 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7-də uduzub.
43 yaşlı mütəxəssis 2024-cü ilin noyabrından 2025-ci ilin iyununa kimi "Sabah"ı çalışdırıb və Azərbaycan Kubokuna sahib çıxıb.
Mirağa