
"Latsio"nun azarkeşləri kluba boykot elan ediblər.
Fanat.Az xəbər verir ki, Roma təmsilçisinin tərəfdarları yeni mövsüm üçün abunə biletləri alıb ev oyunlarına baxmaq niyyətində deyillər.
"Football Italia"-nın məlumatına görə, "Latsio"nun azarkeş qrupu 2026/27 mövsümündə komandanın ev oyunlarına qatılmayacağını açıqlayıb.
Etiraz klub prezidenti Klaudio Lotitoya qarşı yönəlib. Azarkeşlər onu ambisiyasızlıqda, zəif transfer siyasətində və bilet qiymətlərinin artmasında günahlandırırlar.
Bu, "qartallar"ın azarkeşlərinin Lotitoya qarşı ilk etirazı deyil. Onlar əvvəllər də kütləvi etirazlar keçiriblər və 2025-ci ilin iyul ayında Roma küçələrində təxminən səkkiz min insan yürüş edib.