
İspaniya millisi dünya çempionatı ərəfəsində son yoldaşlıq görüşündə Peru yığması ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Meksikanın Puebla şəhərində keçirilən qarşılaşma avropalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 2-ci dəqiqədə ispanların hücumçusu Mikel Oyarzabal açıb. Yarım saat sonra Pedri fərqi artırıb. İkinci hissənin əvvəlində qapıçı Pedro Qallese topu öz qapısına göndərərək avtoqol müəllifi olub və hesab 3:0-a çatıb. Peru yığması yalnız 66-cı dəqiqədə fərqlənə bilib. Jayro Velez yekun hesabı müəyyənləşdirib.
İspaniya millisi mundialda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla eyni qrupda mübarizə aparacaq.