
"Jirona" klubunun idarə heyətinin prezidenti Pere Qvardiola komandanın La Liqadan niyə düşdüyünü izah edib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi İspaniya çempionatında 19-cu yeri tutub və növbəti mövsümü Sequndada keçirəcək.
Tanınmış məşqçi Pep Qvardiolanın qardaşı olan Pepe "Marca"ya verdiyi açıqlamada bildirib:
"10 ildir "Jirona"dayıq, daha peşəkar klubumuzun, daha böyük sosial bazamızın olduğuna və böyüməyə davam etdiyimizə şadıq. Təəssüf ki, aşağı düşdük və bu, olduqca xoşagəlməzdir. Uğur qazana bilmədik. Bir neçə səbəbə görə aşağı liqaya düşdük: qolların azlığı, ter Stegen ilə Vanatın zədələri" .
Xatırladırıq ki, ukraynalı Vladislav Vanat aprelin əvvəlində bud əzələsindən zədə alıb. O, ötən mövsüm La Liqada 29 oyun keçirib və 10 qol vurub. "Barselona"dan icarəyə götürülən almaniyalı qolkiper Mark-Andre ter Ştegen isə meydana çıxdığı ikinci oyununda sıradan çıxaraq "Jirona"ya kömək edə bilməyib.
Mirağa