
“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı debütantın mətbuat xidməti yayıb.
Bakı təmsilçisi müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ağcabəyov son olaraq “Şamaxı”nın formasını geyinib. O, ötən mövsüm 29 oyunda meydana çıxaraq 2 qol vurub.