
Yaponiya millisinin və "Liverpul"un yarımmüdafiəçisi Vataru Endo 2026-cı il dünya çempionatında oynamayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "Actu Foot" yayıb.
33 yaşlı yarımmüdafiəçisinin zədə səbəbindən milli komandanın təlim-məşq toplanışını tərk etdiyi, onun mundialın oyunlarında iştirak edə bilməyəcəyi açıqlanıb.
Endonun zədəsi ciddidir və turnir ərzində sağalacağına ümid yoxdur. Onun yerinə "Borussiya Mönhenqladbax"ın 26 yaşlı hücumçusu Şuto Maçino gələcək.
Dünya çempionatında F qrupunda yer alan Yaponiya Tunis, İsveç və Niderland ilə qarşılaşacaq.
Mirağa