
Fransa futbolunun ulduzu Kilian Mbappe yığmanın baş məşqçisi Didye Deşamı DÇ-2026-dan sonra başqa bir milli komandaya, konkret, İtaliyaya rəhbərlik etməkdən çəkindirib.
Fanat.Az xəbər verir ki, superulduz təcrübəli mütəxəssisə milli səviyyəsində məşqçilikdən uzaqlaşmağa çağırıb.
Məlumatı "Goal" yayıb. Mənbənin məlumatına görə, Fransa millisinin kapitanı "M6"-ya açıqlamasında çalışdırıcının gələcək planlarına təsir göstərməyə çalışdığını etiraf edib:
"Ona hörmət etməyin ən yaxşı yolu qalib gəlməkdir, çünki o, qələbə qazanmağı sevir. Biz Deşamın son dünya çempionatında kuboka sahib olmasını təmin edəcəyik. Ümid edirəm ki, bu, onun sonuncu finalı olacaq. Çünki ümid edirəm ki, o, başqa komandada olmayacaq. Bəli, mən ona təzyiq göstərirəm. Deyirlər ki, İtaliya onu istəyir. Bu, dəhşətli olardı".
Xatırladaq ki, 14 ildir Fransa millisinə rəhbərlik edən Deşam turnirin bitməsindən sonra vəzifəsindən istefa verməyə hazırlaşır .
Mirağa