
“Şəfa” kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, klub bunu sosial media hesabı üzərindən yayıb.

Təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarından Bakı təmsilçisinin formasını geyinir. O, iki mövsüm ərzində “Şəfa”nın İkinci Liqadan Premyer Iiqaya qədər yüksəlməsində pay sahibi olub.