
Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Sami Xediranın yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, Joze Mourinyunun məşqçilər korpusuna qoşulacaq.
"The Athletic"-in məlumatına görə, bu təyinatın əsas səbəbi portuqaliyalı məşqçinin komanda, klub və məşqçilər heyəti arasında bir növ "əlaqələndirici" şəxsin olması istəyidir. Mourinyu etibarlı münasibətləri olan mütəxəssislərlə işləməyə çalışır.
Xedira 2010-2013-cü illər arasında "Real Madrid"də Mourinyunun rəhbərliyi altında çıxış edib. Onlar birlikdə İspaniya La Liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu qazanıblar.
Mourinyonun məşqçilər heyətinə həmçinin, onun "Benfika"dan olan keçmiş köməkçiləri, eləcə də analitiklər, fiziki hazırlıq üzrə məşqçilər və qapıçı məşqçisinin daxil olması planlaşdırılır. Bundan əlavə, "Real Madrid"in keçmiş müdafiəçisi Pepenin də komandaya qoşulacağı gözlənilirir.