
Ötən mövsüm "Mançester Yunayted"ə baş məşqçi təyin olunan və 2026-cı ilin yanvarında istefaya göndərilən Ruben Amorimin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis İtaliya nəhəngi "Milan"a baş məşqçi təyin olunmaq üzrədir. Klub Amorim ilə şifahi razılığa gəlib. Tərəflər əməkdaşlığın bütün detalları barədə razılıq əldə ediblər. Müqavilə 2028-ci ilin iyun ayına qədər qüvvədə olacaq və daha bir mövsüm - 2029-cu ilin yayına qədər uzadıla bilər. 41 yaşlı mütəxəssis ilə bu həftə rəsmi müqavilə imzalanacağı gözlənilir.
"Rossoneri" 2025/26 mövsümündə A Seriyasında beşinci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu uğursuzluq baş məşqçi Massil=miliano Alleqri, həmçinin klubun idman direktoru İqli Tare, baş icraçı direktor Corco Furlani və texniki direktor Coffrua Monkadanın istefasına səbəb olub.
Mirağa