
Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Niderland təmsilçisi "Volendam”dan ayrılan 27 yaşlı yarımmüdafiəçi "Vanspor"a keçib.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
O, 1-ci Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Volendam" bu mövsüm Erediviziyanı tərk etdikdən sonra Ozan Can Kökçü Niderland təmsilçisindən ayrılmışdı.